14 May 2015 16:32
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Fərhad Qəribov səhhətində problemlərin yaranması və bununla əlaqədar müalicə üçün Almaniyaya getməsi barədə yayılan məlumatlara münasibət bildirib.


Deputat F.Qəribov Publika.az-a açıqlamasında deyib ki, səhhəti ilə bağlı yayılan məlumatlar doğru deyil: “Bunu kimlər yazıbsa, gərək onun başına gəlsin, özləri dediyi kimi olsunlar. İndi səhhətimdə heç bir problem yoxdur, top kimiyəm. Adam xəstə və ya sağlam ola, yaxud da xaricə gedə bilər. Xaricə gedəndə nə olur? Xaricə o qədər adam gedir ki”.

Qeyd edək ki, F.Qəribov daha öncə Teleqraf.com-a açıqlamasında Almaniyada müalicə olunduğunu bildirmişdi. Deputat bir müddət öncə Türkiyədə ürəyindən əməliyyat olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər