“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsi çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində növbəti tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, təşkilatın sədri Ramiz Cürənov layihənin məqsədinin orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirmək olduğunu bildirib.
Daha sonra pilot olaraq seçilmiş Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində şagirdlər arasında inşa müsabiqəsi elan edilib. R.Cürənov şagirdləri müsabiqədə fəal iştirak etməyə çağırıb.
BƏXTİYAR