14 May 2015 17:18
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşkilatçılığı ilə baş tutan “ŞUŞAYA AZADLIQ” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısının yekununda 29 xarici tərəfdaş QHT və Azərbaycan vətəndaş cəmiyyəti institutlarının daxil olduğu “Şuşa mədəni irsinə beynəlxalq dəstək” koalisiyası təsis olunub.

ADTGT-dən Teleqraf.com-a verilən məlumata görə, koalisiyanın əsasnaməsi qəbul olunub və buraya qoşulan bütün iştirakçı təşkilatlar tərəfindən sənəd imzalanıb. Koalisiyanın icraçı katibliyi Azərbaycan tərəfinə – ADTGT-yə həvalə edilib və təşkilatın sədri Asif Əsgərli qurulan bu yeni beynəlxalq əməkdaşlıq şəbəkəsinin 2 il müddətinə rəhbəri (icraçı katibi) seçilib. Koalisiyanın hər bir ölkədən bir milli koordinatoru olmaqla Koordinasiya Şurası da müəyyənləşib. İldə 1 dəfə olmaqla koalisiyanın ümumi yığıncağı keçiriləcək.

Koalisiya öz fəaliyyət istiqamətlərini müəyyən edib. Yaxın vaxtlarda tərəfdaş ölkələrdə “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində konkret hansı layihə və proqramların həyata keçirilməsi ilə bağlı təkliflər paketi hazırlanıb Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim edəcək.

Artıq Bosniya və Herseqovina, Ukrayna, İspaniya, Türkiyə və Bolqarıstanda koalisiya tərəfindən "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində konfrans, sərgi, müsabiqə, festival, təlim və sosial reklam xarakterli layihələrin həyata keçirilməsi qərara alınıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər