Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Qloballaşan dünyada mənəvi dəyərlərimizin rolunun ictimaiyyət arasında təbligi” layihəsi çərçivəsində ilk trening Bakı Avrasiya Universitetində keçirilib.
Treining zamanı qloballaşan dünyada seyrçi mövqedə dayanmağın doğru olmadığını, bu proseslərdə yaxından iştirak etmək, lakin mənəvi dəyərlərin aşınmasına, yad təsirlərə məruz qalmasına imkan verməmək və bu dəyərləri gələcək nəsillərə ötürmək kimi məsələlər gənclər arasında təbliğ olunmuşdur.
Bu məqsədlə əxlaqın yaranması və inkişafı, islam dinində əxlaq məsələləri, “Avesta”da əxlaq anlayışı, Nəsrəddin Tusinin? Nizami Gəncəvinin əxlaqi görüşləri və Azərbaycan marifçilərinin yaradıcılığında milli-mənəvi dəyərlərə münasibət mövzuları ətrafında maraqlı müzakirələr aparılmışdır. Mənəvi dəyərlərin qorunmasında ədəbiyyatın da rolunun danılmaz olduğu izah olunmuşdur.
Bununla bağlı gənc yazarlar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazıçı Xanım Aydın, şair Emil Rasimoğlu, şairə Şahanə Müşfiq və Monera.az xəbər portalının əməkdaşı Safura Həsənzadə gənclərlə maraqlı müzakirələr aparıb.