15 May 2015 10:55
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında Azərbaycanda sərnişindaşımalarının tarifi mart ayı ilə müqayisədə 0,2 faiz aşağı düşüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, aprel ayında yükdaşımaları üzrə tariflər mart ayı ilə müqayisədə 1,7 faiz artıb.

MDB ölkələri və başqa xarici istiqamətlər üzrə hava nəqliyyatı ilə sərnişindaşımaları bu dövrdə 1,3 faiz ucuzlaşıb.

Aprel ayında boru xətləri ilə neft və qazın nəql tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz artıb. Eyni zamanda, aprel ayında MDB ölkələri üzrə dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarında tariflər də 7,6 faiz artıb.

Məlumatda deyilir ki, MDB ölkələri və xarici istiqamətlər üzrə dəniz nəqliyyatı ilə yükdaşımaları aprel ayında 0,2 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında isə yük və sərnişindaşımalarına olan tariflər aprel ayında dəyişməyib.


Müəllif:

Oxşar xəbərlər