Rusiyaya məxsus döyüş təyyarələri Böyük Britaniya hava sərhədlərini pozub.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bununla bağlı Britaniya Müdafiə Nazirliyi açıqlama verib. Yayılan məlumatlara görə, rus qırıcıları Şotlandiyanın şimalında qeydə alınıb.
Nazirlik dərhal Britaniya qırıcılarının havaya qaldırıldığını və bundan sonra Rusiya təyyarələrinin ölkənin hava məkanını tərk etdiyini bildirib.
Samir