15 May 2015 15:50
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Bakıda taksilərlə bağlı güclü nəzarət sisteminin tətbiqinə start verilib.

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, mayın 15-dən başlayaraq paytaxtın “20 Yanvar” dairəsi, “Şamaxinka” və digər ərazilərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan taksi sürücülərinə qarşı ciddi mübarizəyə başlanılıb. Məqsəd Bakıda keçirilən I Avropa Oyunları zamanı paytaxtımızın yerli və əcnəbi qonaqlarını hər hansı xoşagəlməz hallardan sığortalamaq və onlara daha yüksək səviyyəli xidmət göstərməkdir.

N.Həsənov qeyd edib ki, Oyunlar zamanı taksi sürücülərinə yarışların keçirildiyi idman arenalarına yaxınlaşmamağı tövsiyə edib: “Tövsiyə edirik ki, Avropa Oyunları zamanı heç bir taksi sürücüsü yarışların keçirildiyi arenaların ətrafında fəaliyyət göstərməsin. Çünki meydançaların ətrafında xüsusi “London taksiləri” olacaq. “Sedan”, “Lifan” və digər markalı avtomobillər fəaliyyət göstərəcəklər. Onların da müəyyən müştəri qrupları olacaq. Hətta bəzi müştəri qruplarına, yəni rəsmi qonaqlara və atletlərə yarış meydançaları ətrafında ağ rəngli “London taksiləri” pulsuz xidmət göstərəcək. Ona görə də digər taksilər harada “park et və get” və ya “parkinq yoxdur” yazılıbsa, ora qədər gəlsinlər, amma oradan o tərəfə keçməsinlər. Əks halda, ən ağır cəzalara məruz qalacaqlar”.


Müəllif:

Oxşar xəbərlər