15 May 2015 16:10
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yenidənqurma işləri tamamlanıb. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalistlər üçün qoruğa infotur təşkil edib.

AZƏRTAC xəbər verir ki, infoturun keçirilməsində məqsəd media nümayəndələri vasitəsilə vətəndaşlara və birinci Avropa Oyunları zamanı ölkəyə gələcək çoxsaylı turistlərə tarixi və mədəni irsimizi təbliğ etməkdir.

Qrupa bələdçiliyi nazirliyin tarix və mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin qoruqlarla iş, tarix və mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova edib. O, jurnalistlərə qoruqda yaradılmış yeni ekspozisiyalar haqqında məlumat verərək deyib: “Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında bərpa və yenidənqurma işləri aparılmış “Atəşgah”ın 24 hücrəsi var. Hər hücrədə fərqli ekspozisiyalar yaratmışıq. Bu ekspozisiyalar əsasən beynəlxalq layihələr üzrə həyata keçirilib. Hər hücrənin öz təyinatı var. Atəşpərəstlik və zərdüştlük ən qədim dinlərdəndir. Azərbaycan tolerant ölkədir. Qərara aldıq ki, təkcə bu iki din barədə deyil, Azərbaycanda sitayiş edilmiş digər dinlər haqqında da məlumat verək. Həmin məlumatlar müasir texnologiyalar vasitəsilə tablolarda əks etdirilib”.

Bundan başqa, məbəddə və ümumən Abşeron yarımadasında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyalar xüsusi şüşə qutulara salınıb, bəzi məlumatlar 3D formatında ziyarətçilərə şəkillərlə təqdim olunur.


Müəllif:

Oxşar xəbərlər