15 May 2015 21:17
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə daha bir tədbir keçirildi.

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Heydər Əliyev parkında "İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” mövzusunda növbəti təlimini keçirdi. Təlimə başlamazdan əvvəl Bakı şəhəri Firuz Bayramov adına 22 saylı tam orta məktəbin şagirdləri, müəllim və valideynlərlə birgə Heydər Əliyev parkını gəzdilər. Təlim Ümummilli lider Heydər Əliyevin abidəsi önündə başladı.

Cavid müəllim iştirakçıları salamladıqdan sonra açıq havada canlı şəkildə Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.

Cavid müəllim təlimə başlamazdan öncə şagirdlərə və valideynlərə bu günkü təlimin mahiyyəti haqqında qısa məlumat verdi. Sonra söz İctimai Birliyin sədri Əli Cəfərova verildi. Əli müəllim bildirdi ki, bu günkü təlim öz keyfiyyəti ilə yaddaqalan olacaq: "Biz sizinlə birgə həm Ümummilli lider Heydər Əliyev haqqında məlumat alacağıq, həm də ictimai yerdə davranış normaları haqqında bilgilərimizi genişləndirəcəyik".

QHT-nin sədri xüsusi olaraq bildirdi ki, layihəni Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Sonra söz təlimçi Turanə müəlliməyə verildi. O, bildirdi ki, Ümummilli liderimizin həyat və fəaliyətlərinə müraciət etməkdə bizim əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşlərini formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdir. Daha sonra O, bildirdi ki, uşaqların asudə vaxtları düzgün təşkil olunması günümüzün əsas sərtlərindən biridir: "Biz çalışmalıyıq ki, onlar həm təlimdə, həm də tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər".

Şagird, valideyn həmçinin parkda gəzən bütün ictimaiyyətdə ətraf aləmi qorumaqla bağlı bir sıra təlimatlar oxundu. Turanə müəllimə Heydər Əliyevin vətən qarşısında xidmətlərini sadaladıqdan sonra bildirdi ki, biz bu il 2015-ci ildə I Avropa oyunlarına ev sahibliyi edəcəyik: "Bu bizim üçün şərəfdir. Bu bizim dövlətimizin gücündən xəbər verir. Həmçinin Turanə xanım qısa olaraq vurğuladı ki, bu cür lahiylərin keçirilməsi, QHT-lərə dəstək olunması ölkədə vətəndaş cəmiyyətinin inkişafından, təhsildə maarifçiliyin inkişafından xəbər verir. Ona görədə bu cür təşkilatlara yardım edildiyi üçün rəhbərliyə öz təşəkkürünü bildirdi. Eyni zamanda Cavid müəllim ictimai yerlərdə özünüdavranış qaydaları haqqında şağirdləri, valideynləri, ictimaiyyəti məlumatlandırdı. Parkda, ictimai nəqliyyat yerlərində özümüzü necə aparmalıyıq, yaşlılara yer verməliyik, ətraf aləmi zibilləməməliyik, küçədə, parkda ucadan danışmalı deyilik ətrafdakı insanları narahat etməməliyik bu tipli davranış qaydaları haqqında həm şagirdlərə valideynlərə həm də xüsusi bir maraqla təlimi izləyən insanlara məlumat verildi.

Təlim zamanı şagird və valideynlər parkı gəzərək müxtəlif dekorasiyalara tamaşa etdilər. Həmin dekorasiyaların izahı haqqında uşaqlara məlumat verildi. Sonra təlimin rəhbəri Əli Cəfərov uşaqlara müraciət edərək bildirdi ki, kim vətənpərvərlik mövzusunda şeir demək istəyir. Şagirdlərdən Elsevər, Aysel, Züleyxa, Müslüm, Ülvi, və s. maraqlı şeirlər söylədilər. Sonda şagirdlər və valideynlər birgə şəkil çəkdirdilər.


Müəllif:

Oxşar xəbərlər