16 May 2015 11:15
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci rübü ərzində Azərbaycanda 38,4 min körpə dünyaya göz açıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.

2015-ci il aprelin 1-nə olan məlumata əsasən, əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 16,4-dir. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib. Körpələrin 706-sı əkiz, 18-i üçəm doğulub.


Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 13,6 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4-dən 5,8-ə qədər azalıb.

Qeyd edək ki, əvvəllər Azərbaycanda əkiz, xüsusilə üçəm uşaqların doğulması hallarına nadir hallarda təsadüf edilsə də, son illərdə belə uşaqlı ailələrin sayı artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2011-ci ildə 1506 əkiz, 33 üçəm, 2012-ci ildə 2176 əkiz, 39 üçəm, 2013-cü ildə 2270 əkiz, 42 üçəm, 2014-cü ildə 3148 əkiz, 60 üçəm doğulub. Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.


Müəllif:

Oxşar xəbərlər