17 May 2015 00:40
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olunmuş bu əlamətdar tarix 1978-ci ildən etibarən hər il 150-dək ölkədə qeyd edilir. Muzeylərdə “açıq qapı” günü elan olunaraq, bir çox maraqlı tədbirlər keçirilir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan muzeylər də bu aksiyaya qoşulublar.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, M.S.Ordubadinin, C.Məmmədquluzadənin, N.Nərimanovun ev-muzeylərində, Dövlət Din Tarixi və digər muzeylərdə mayın 18-dək davam edəcək “açıq qapı” günü aksiyası çərçivəsində hər kəs bu mədəniyyət obyektlərinin sərgi və ekspozisiyası ilə tanış ola bilər.


Müəllif:

Oxşar xəbərlər