Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq.
Bu barədə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə I Avropa Oyunlarına hazırlıq işlərini tam başa çatıb: “Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri biz artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib”.
Nazir qeyd edib ki, "Azərkosmos" I Avropa Oyunlarının rəsmi peyk yayım təchizatçısı elan edilib: “Azerspace-1” bu Oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq”.
İLHAMƏ