Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını şəhidlər xiyabanında həyata keçirib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, gənclər, şəhidlər xiyabanında diqqətdən kənarda qalan müqəddəs şəhidlərimizin məzarları üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər.
Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, il boyunca hər ay bir gün “Yeni Üfüq”ün gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, “Hər ay bir gün” adlı aksiyasını davam etdirməktədir: “Əsas hədəfimiz ölkəmizdə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik hisslərinin gənclərimiz arasında yüksəltməkdən ibarətdir. Laçın rayonunun işğalı günü “Yeni Üfüq”çü gənclərin şəhidlər xiyabanında həyata keçirdikləri “Hər ay bir gün” aksiyası torpaqları işğal altında olan məmləkətin gənclərinə nümunə olaraq, vətənpərvərlik çağırışıdır”.
BƏXTİYAR