18 May 2015 19:15
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə qətl törətməkdə təqsirli bilinən Minas Əliyevin barəsində cəzanın ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun kasasiya protestinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilsə də, protest təmin edilməyib. Prokurorluq məhkumun cəzasının ağırlaşdırılması ilə bağlı Ali Məhkəməyə kasasiya protesti verib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, kasasiya protesti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər