18 May 2015 21:24
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyini gün ərzində 235-dən çox tamaşaçı ziyarət edib.

Muzeydən Teleqraf.com-a bildiriblər ki, ziyarətçilərə qurumun bələdçiləri tərəfindən böyük mütəfəkkir Hüseyn Cavidin həyatı və yaradıcılığı, cavidlər ailəsi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) qərarı ilə bu il Beynəlxalq Muzeylər Gününün şüarı “Davamlı cəmiyyət üçün muzeylər” mövzusudur. Bu günün əsas məqsədi cəmiyyətin ictimai-mədəni həyatında, maariflənməsində muzeylərin rolunun və yerinin möhkəmləndirilməsindən ibarətdir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir.


Müəllif: