19 May 2015 21:35
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilən “Müharibə və silah. Yeni tədqiqatlar və materiallar” VI beynəlxalq elmi-praktiki konfransda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə həsr olunan məruzə dinlənilib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvin Gözəlovun Teleqraf.com-a verdiyi məlumata görə, Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır, burada 30-dan artıq ölkələrin nümayəndələri iştirak edir. Hərb tarixi mütəxəssislərinin böyük marağına səbəb olan konfransın materialları toplu şəklində dərc olunub.

Tədbirdə Pərvin Gözəlov “XVIII əsr sarayının divar rəsmlərində dövlətçilik və hərbi hakimiyyət rəmzləri” adlı məruzə ilə çıxış edib. Məruzədə Şəki Xan sarayının divar rəsmlərində olan təsvirlər təhlil olunub, buradakı bayraqlar, sancaqlar, şeşpərlər və digər hakimiyyət rəmzləri haqqında məlumat verilib. Çıxış zamanı müvafiq fotoşəkilləri slaydlar şəklində təqdim edən natiq mütəxəssislərin çoxsaylı suallarına cavab verib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər