22 May 2014 18:22
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda III Beynəlxalq elmi konfrans işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Fransanın ESPE Versal Akademiyası, De Serj-Pontuaz Universitetinin rektoru Jan-Pyer Şevalye, Rusiya, Ukrayna, Gürcüstan ali məktəblərinin, elmi-tədqiqat institutlarının tanınmış alimləri, eləcə də ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, Azərbaycanda təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq şəkildə müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub.
Azərbaycanda müəllim hazırlığı, ixtisasartırma və müəllimlərin işə qəbulu sahəsində aparılan islahatlara diqqət çəkən nazir müavini hazırda bu prosesə aparıcı mütəxəssislərlə yanaşı və beynəlxalq ekspertlərin cəlb olunub. Təhsil Nazirliyi ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmin tətbiqinə başlayıb. Bu mexanizmin üstünlüyü ondan ibarətdir ki, müəllim kadrlarının seçilməsi və yerləşdirilməsi elektron müraciət, elektron imtahan, elektron yerləşdirmə vasitəsilə həyata keçirilir.

III Beynəlxalq elmi konfrans mayın 24-də başa çatacaq.

NİGAR


Müəllif: