20 May 2015 12:15
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 71 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 28 iş üzrə 52450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 526.63 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 208 iş üzrə 30558.19 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına isə 4 iş göndərilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər