20 May 2015 19:16
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakıda buraxılış imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, 2 iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri (IX və XI siniflər) “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır.

Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.


Müəllif:

Oxşar xəbərlər