Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq.
Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq.
Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Qeyd edək ki, maddənin mövcud variantında auditor rəyi göstərilməyib.