21 May 2015 16:39
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kurslarının müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirilib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mərasim mayın 19-da paytaxtın Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın faciəsində həlak olanların ruhlarına dua oxunması ilə başlayıb.

Müdavimlərin qarşısında çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan təkmilləşdirmə kurslarının məqsəd və məramı barədə danışıb. Ölkədə din-dövlət münasibətləri sahəsində böyük işlər görüldüyünü diqqətə çatdıran şeyxülislam din xadimləri qarşısında duran vəzifələrdən geniş söhbət açıb.

QMİ sədri müdavimləri təkmilləşdirmə kurslarını uğurla bitirdiklərinə görə təbrik edib onlara nəsihət və tövsiyələr verib.

Müdavimlər adından çıxış edən mərasim iştirakçıları ölkə rəhbərliyinə və QMİ-yə yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda müdavimlərə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiqləyən sertifikatlar təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər