22 May 2015 11:32
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yanan çoxmərtəbəli yaşayış binasının sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşəcəklər.

Sakinlərin Teleqraf.com-a verdiyi məlumata görə, hazırda onlar izahat vermək və dəymiş zərəri özündə ehtiva edən siyahını təqdim etmək üçün Binəqədi Polis İdarəsinə gedirlər. Daha sonra xüsusi avtobusla BŞİH rəhbəri ilə görüşə gedəcəklər. Görüş H.Abutalıbovun təşəbbüsü ilə keçirilir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində müvafiq qərargah yaradılıb.

Qeyd edək ki, mayın 19-da baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Binanın təmir-bərpası barədə qərar qəbul edilib, Nazirlər Kabineti bu işlər üçün 3 milyon manat ayırıb.

Samir İsayev


Müəllif:

Oxşar xəbərlər