22 May 2015 15:48
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 26-da Ağcabədi rayonunda Ağdam, Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata göə, qəbul Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 217) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur (DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov-Mob: (050) 315-53-52).

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər