Bu gün Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdikləri “Çanakkale: Barışa uzanan yol” adlı konfrans keçirilib.
Teleqraf.com-un verdiyi məlumata görə, konfransı giriş sözü ilə rektor Abel Məhərrəmov açaraq Çanaqqala qələbəsinin 100-cü ildönümü məqsədilə həyata keçirilən tədbirin Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor, Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı İmperaiyasının dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb: “Bütövlükdə Birinci Dünya müharibəsi zamanı Türkiyə 700 min şəhid verib. Çanaqqalada olan döyüşlər isə dünya hərb tarixində maraqlı faktlarla yadda qalıb. Beləki, tarixçilərin və mütəxəssislərin açıqlamalarına görə Çanaqqalada 1 kavdrat-metrə 4 min giliz düşür. Onua da qeyd edim ki, Birinci Dünya müharibəsi zamanı və Çanaqqalada 3 min azərbaycanlı könüllü olaraq döyüşlərdə iştirak edib və şəhid olub”.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb. O deyib ki, Çanaqqala zəfərinə bir döyüşün nəticəsi kimi baxmaq və dar çərçivədə müzakirə etmək doğru deyil: “Çanaqqala savaşına Balkan yarımadası, Cənubi Qafqaz, Yaxın Şərq və digər konteksdən yanaşılmalı və araşdırmalar aparılmalıdır. Onu deyim ki, Çanaqqala zəfəri sülhün əsasını qoydu. Məhz ötən 100 ildə bizə qarşı tərəfdən vuruşan insanlar hər zaman Çanaqqalanı hörmətlə anırlar. Amma Türkiyə bu zəfərlə xalqının əzimkarlığını və əarzi bütövlüyü uğrunda hər zaman canından keçməyə hazır olduğunu göstərdi”.
Daha sonra Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq deyib ki, müharibələr hər zaman insanlara faciələr gətirir. Onun sözlərinə görə, Birinci Dünya müharibəsində İngiltərə də böyük itkilər verdi: “Amma biz ötən 100 ildə bu müharibənin nəticələrinin sülhə bağlanması üçün əlimizdən gələni etdik. Çünki hər bir müharibənin nəticələrindən xilas olmaq çox çətindir. Belə ki, Azərbaycanda müharibə ilə qarşı-qarşıya qalıb. Məhz Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfinin çəkdiyi əziyyətlər bizi də ağırıdır.
Avstraliyanın Türkiyədəki səfiri və Ceyms Martin Larsen Çanaqqala döyüşlərindən danışaraq qeyd edib ki, Avstraliyanın Birinci Dünya müharibəsinə qatılması ilə bağlı iki dəfə referendum keçiilib və əhali imtina edib: “Lakin 10 minlərlə avstraliyalı könüllü olaraq müharibəyə qatılıb. Lakin müharibə həqiqətən “centlmen” sayağı olub. Beləki, meyidlərin və yaralıların meydanlardan götürülməsi üçün elan edilən atəşkəs zamanı türk və avctraliyalı əsgərlər bir-birilərinə şirniyyat, siqaret və digər hədiyyələr verirmişlər. O cümlədən yaralılara köməklik göstəriblər. Təəssüflər olsun ki, Birinci Dünya müharibəsindən sonra bu insani addımları digər münaqişlərdə, müharibələrdə görə bilmədik”.
Daha sonra Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.
BƏXTİYAR