Bakı şəhəri Təhsil İdarəsindən verilən məlumata görə, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdləri müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər.
Bu məqsədlə həmin şagirdlərin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha təqdim olunub.
Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.
Həmçinin, vətəndaşlar yanğı-n hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlara Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng etmək tövsiyə olunur.
SEVİL