Ötən il 1300-dək şagird buraxılış imtahanından məhrum olub
2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şəxslər haqqında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.
Teleqraf.com TQDK-nın saytına istinadla yazır ki, ötən tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilmiş, lakin buraxılış imtahanlarına buraxılmayan IX sinif şagirdlərin sayı 98, XI sinif şagirdlərinin sayı 629-dur.
2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı isə 1258-dir.
SEVİL