Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) daha 3 ədəd səyyar tezlik monitorinqi stansiyası alıb. Bu barədə Trend-ə DRİ-dən məlumat verilib.
DRİ-nin səyyar stansiyalarının sayı 5-ə çatıb və onlar artıq istismara verilib. Stansiyalar Bakıda efir məkanının tamamilə idarə olunması üçün istifadə edilir.
Monitorinq stansiyaları tezliklərin qeyri-qanuni istifadə edilməsini və radio elektron vasitələrin işinə mane yaradan amilləri aşkar etməyə imkan yaradır.