25 May 2015 10:55
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi “Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” adlı layihənin icrasına başlanılıb.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, əsasən Türkiyə və Hollandiya ölkələrində icrası nəzərdə tutulan layihə öz start xəttini Qarabağdan- Ağcabədi rayonun qədim Boyad kəndindən başlayıb. Belə ki, layihə rəhbəri Rada Abbasın rəhbərliyi ilə Məhəmməd Füzuli adına Boyad kənd kitabxanasında Qarabağın tarixi və mədəniyyəti ilə bağlı konfrans keçirilib.

Konfransda millət vəkili Aqil Abbas, filologiya elmləri doktoru Ənvər Əhməd, tarix və mədəniyyət abidələri üzrə tədqiqatçı ekspert Faiq İsmayılov, tarixçi Ramazan Hüseyinov, toponimşünas alim Nazim Tapdıqoğlu, “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgər qızı və ictimaiyyət nünayəndələri iştirak ediblər.

Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə dünya ictimaiyyətini məlumatlandırmaq və eləcədə İCOMOS və YUNESKO kimi beynəlxalq təşkilatlarda bu problemin müzakirəsinə nail olmağa çalışmaqdır.

Layihə Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərin ermənilər tərəfindən vandalizmə uğradılması barədə əldə edilmiş faktları dünya ictimaiyyətinə çatdırmaq üçün hazırlanmış videoçarxların, sərgilərin və digər materiallarların xarici ölkə QHT-lərinin təqdimatında Avropada yayımlanması təmin ediləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər