25 May 2015 20:20
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi sosial reklam xarakterli kampaniyaya start verib.

Teleqraf.com nazirliyin saytına istinadən məlumat verir ki, “Məsuliyyətli piyada qaydanı pozmur” devizli xüsusi yazılar paytaxtın küçə və prospektlərində 60-dan artıq yerdə asfalt üzərinə həkk edilir.

Bakıda yol təhlükəsizliyini təbliğ etmək məqsədi daşıyan bu kampaniya sürücülərə və piyadalara mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, xüsusi olaraq piyadalara yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğunu təbliğ edir.


Müəllif:

Oxşar xəbərlər