23 May 2014 11:11
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bali razılaşmalarında gömrük işinə yeni yanaşma tərzi göstərilib. Burada həm də malların buraxılması və sənədlərin hazırlanması məsələsi diqqətdə saxlanılıb”.


Teleqraf.com
-un məlumatına görə, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyində beynəlxalq işlər üzrə nazir müavini, baş diplomat Alan Bersin Bakıda keçirilən Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransında çıxışında deyib.

Alan Bersin qeyd edib ki, vəzifələrin yerinə yetiririlməsi zamanı sərhəd idarəçiliyi əsas amil kimi götürülür: “Çünki zaman qarşımızda yeni çağırışlar qoyub. Bu da bilavasitə axınlarla bağlıdır. Bu gün mal axının 98 faizi qanuni şəkildə həyata keçirilir, 2 faiz isə qanunu pozur. Bunun qarşısını almaq bizə böyük problemlər yaradır.

Mahiyyət baxımından təhlükəsizlik mühiti etibarlı olmalıdır ki, mal axını qanuni şəkil alsın, əks halda son nətisə sıfır olacaq. Çünki burda qalib tərəf yoxdur. Bir məsələyə də nəzər salaq.

Faktiki olaraq ABŞ-da 2001-ci il sentyabrın 11də fəlakət baş verdi. Biz bu zaman sərhədlərin bağlanması zərurətini ortaya atdıq. Xüsusilə də Kanada və Meksika ilə sərhədlərdə güc rejimi tətbiq etdik. Bu sərhədlərdən daxil olan mal axınını ciddi yoxlamağa başladıq. Sonra isə başa düşdük ki, mal axının qarşısını almaq bizi terror qarşısında aciz vəziyyətdə qoyacaq və bizə qarşı baş verəcək terror hadisələrini müəyyənləşdirə bilməyəcəyik.

Onda fərqli siyasət qurmağı qərara aldıq və sərhədlərdə xidmətin istiqamətini dəyişdik. Çox çəkmədən məlum oldu ki, Səudiyyə Ərəbistanından ölkəmizə güclü partlayışa səbəb olacaq böyük trotilli partlayıcı maddələr keçirmək istəyirlər. Əvvəllər isə biz mal axının qarşısına sədd çəkmələ bunu ortaya çıxara blmirdik”.

Baş diplomat vurğulayıb ki, mal axınını tənzimləməklə təhlükəsizliyi də təmin etmək lazımdır: "Bunun üçün də səlahiyyətli iqtisadi məsələləri tənzimləməyi öyrənməliyik. Görülən işin səmərəliliyini təmin etmək istəyiriksə, hədəflərimizi daha da incəltməli, bunun sturkturunu qurmalı, o cümlədən insan və mal amilinə diqqətlə yanaşmalıyıq. Bundan ötrü isə mal axınının təhlükəsizliyini təmin etməkli və onu genişləndirməliyik”.

Naibə QURBANOVA


Müəllif: