26 May 2015 12:22
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Cəmiyyət və Qadin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” adlı layihə həyata keçirir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, təşkilat Sumqayıtda müəllim, tələbə və müxtəlif təşkilatların nümayəndələri ilə maarifləndirici tədbir keçirib.

Layihənin rəhbəri Mehriban Abdullayeva çıxış edərək deyib ki, əsas məqsəd insan alverinin azaldılmasına qismən nail olmaqdır: “İnsanların zərərli adətlərdən və cinsi istismara məruz qalmaması üçün maariflənməyə ehtiyacları var. Bu cinayətin baş verməməsi üçün insanlar son dərəcə diqqətli olmalıdır. Gənclərin qorunması mühüm məsələdir. İnternat məktəblərdə təhsil alan qızlar, oğlanlar əsasən insan alveri qurbanı olurlar. Son zamanlar sosial şəbəkələrdən düzgün yararlanmamağın nəticəsində insan alverinin qurbanı olan gənclər də var. Uzun illərdir bu kimi həyat tərzinin qurbanlarının azaldılması üçün fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəticəsində insan alveri qurbanlarının qismən azalması müşahidə edilir. Tora düşərək qurbana çevrilmənin qarşısının alınması üçün cəmiyyətin bütün qurumları bu məsələnin həlli yollarının tapılması və gənclərimizin düzgün həyat tərzinin formalaşdırılması onlara daha çox diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, layihə Quba, Qusar və Bakıda davam edəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər