29 May 2015 17:13
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytdə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XINŞ) 42-ci sessiyasının gedişi çərçivəsində İƏT Baş Katibliyi və DƏ-İKGF-nin təşəbbüsü ilə İƏT-in gənclər sahəsində birgə fəaliyyət haqqında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Teleqraf.com-un məlumatına görə İƏT Baş Katibi İyad Amin Madani, DƏ-İKGF sədri Elşad İskəndərov, eləcə də İSESKO, İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) və Müsəlman Skautlar Beynəlxalq İttifaqı tərəfindən imzalanan sənədə əsasən DƏ-İKGF İƏT-in gənclər siyasəti sahəsində əsas partnyor qurumu kimi təsdiq edilib.

Həmçinin, DƏ-İKGF İƏT Gənclər və İdman Nazirləri Konfranslarının təşkili məqsədilə İƏT Baş Katibliyi və İHİF-in də nümayədələrinin iştirak etdiyi təşkilat komitəsinə daxil edilib.

Xarici İşlər Nazirləri Konfransının başqa qərarı ilə 2016-ci ildə Türkiyədə keçirilməsi qərarlaşdırılmış İƏT Gənclər və İdman Nazirlərinin 3-cü Konfransının keçirilməsi İKGF və ev sahibi qismində Türkiyə Gənclər və İdman Nazirliyinə həvalə edilib. Bu məqsədlə 2 qurum arasında bu ilin aprel ayında Əməkdaşlıq Memorandumu da imzalanıb.

İmza mərasimində çıxış edən İƏT Baş Katibi İyad Amin Madani DƏ-İKGF-yə gənclər sahəsindəkieffektiv fəaliyyətinə görə təşəkkür edib və imzalanan sənədin İƏT çərçivəsində gənclərlə bağlı fəaliyyətlərin koordinasiyası baxımından vacibliyini vurğulayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər