29 May 2015 18:14
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində artıq internetdə və sosial şəbəkələrdə aktiv olan, amma milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsində çətinliklərə rast gələn yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Yeni mediada informasiya təhlükəsizliyi məsələləri ilə bağlı düzgün iştirak” mövzusunda tədbir keçirilir. Təlimin açılışında vətəndaş cəmiyyəti institutlarının, eləcədə medianın nümayəndələri də iştirak və çıxış ediblər. Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri yeni media vasitələrində informasiya təhlükəsizliyi və milli təhlükəsizlik məsələləri, eləcə də gənclərin bu sahədə rolu barəsində fikirlərini bldiriblər.

Qeyd edək ki, təlim Bakı Slavyan Universitetində keçirilir. Yeni media üzrə mütəxəssis Xaqani Səfəroğlunun təlimçi kimi çıxış etdiyi təlimdə 20 gənc iştirak edir. Burada gənclərə milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsi, yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanır. Onlara bu barədə mövcud olan mənbələr, qanunvericilik və hüquqi tənzimləmələr və etik davranış qaydaları izah edilib və göstərilir.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin, “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı bilgiləndirilməsi” mövzusunda təlimlər keçiriləcək. Bu cür təlimlərin layihə çərçivəsində Masallıda da keçirilməsi planlaşdırılır. Bundan başqa, mövzu ilə bağlı kitabça nəşri və həmçinin, “yenimedia.info” saytının layihə çərçivəsində təkmilləşdirilməsi də planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər