30 May 2015 14:31
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzda “Son Zəng” münasibəti ilə rayonun ən fəal şagirdləri ilə görüşüb və onları mükafatlandırıb.

Teleqraf.com xəbər verir ki, Qənirə Paşayeva Tovuzda məktəblərdə ən yüksək nəticələrlə oxuyan şagirdlərlə görüşüb,onların təhsili, üzləşdikləri problemlərlə maraqlanıb və geniş fikir mübadiləsi aparıb.Söhbət zamanı millət vəkili bildirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz eyni zamanda öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir.

Hər il Tovuz rayonundan ali məktəblərə daxil olan gənclərin sayında artımın olması bizi sevindirir deyən millət vəkili Qənirə Paşayeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yekunlarına görə respubllika üzrə 50 faizdən yuxarı qəbul göstəricisi olan cəmi 11 rayon arasında Tovuzun 3 yerdə olmasının, rayonun bu istiqamətdə nəticələrinin respublikanın orta göstərisindən 2,6 faiz yüksək olmasını, hər il göstəricilərin daha da yaxşılaşmasını müsbət hadisə kimi dəyərləndirsə də, Tovuz gəncləri daha böyük potensiala malikdir və onların daha da çox təhsilə yönləndirilməsi istiqamətində hamımız müəllimlərimiz, millət vəkili olaraq bizlər səylərimizi daha da artırmalıyıq deyib. Hərbi məktəblərə daxil olan gənclərin də hər il artması və Tovuzun bu nəticələrə görə ön sırada olmasını müsbət hadisə kimi qiymətləndirərək bu il bu göstəricilərin daha da artacağına inandığını deyib. Rayon təhsil şöbəsinin rəhbərliyi birldirib ki, 152 gəncimiz artıq hərbi məktəblərə sənəd vermək üçün hazırlaşır.

Bu çox müsbət hadisədir deyən millət vəkili onlara uğurlar arzulayıb. Gəncləri dinləyən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb.

Millət vəkili Qənirə Paşayeva onlar üçün daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir şagirdimiz etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi. Sonda tələbələri maraqlandıran bəzi suallara cavab verilib və onların bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün görüş iştirakçılarına hədiyyələr və özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

Elvin


Müəllif:

Oxşar xəbərlər