İtaliyanın dizayn və arxitektura üzrə önəmli saytlarından olan “Floornature” saytı Bakının müasir memarlıq nümunələrindən bəhs edib. Yazı Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları barədə məlumatla başlanır. Bildirilir ki, bu cür mötəbər yarışın keçirilməsi ideyası 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında reallığa çevrilib. İclasda qərara alınıb ki, dörd ildən bir keçiriləcək bu tədbirin ilk ev sahibi Azərbaycan olsun.
Məqalədə Azərbaycanın “Milan Expo-2015” beynəlxalq sərgisindəki möhtəşəm pavilyonundan da danışılır. Qeyd olunur ki, Azərbaycanın bu tədbirdə ilk dəfə iştirak etməsinə baxmayaraq, ölkənin pavilyonu mətbuat və ziyarətçilər tərəfindən sərginin ən maraqlı və möhtəşəm məkanı kimi dəyərləndirilir.
Müəllif dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzinin binasının London Dizayn Muzeyinin arxitektura üzrə 2014-cü ilin qalibi seçilməsindən də söz açır.