İyunun 1-dən 4-dək Bakıda Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində “NATO-nun regional kollektiv təlimi-2016”-nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Macarıstanın paytaxtı Budapeştdə qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.