1 İyun 2015 08:29
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı KİSS markalı 5 ikimərtəbəli elektrik qatarından ikisi artıq Bakıdadır.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N.Azməmmədovun sözlərinə görə, qatarlar Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında hərəkət edəcəklər.

Dörd vaqondan ibarət hər bir qatarın ümumi sərnişin tutumu 919 nəfərdir.

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb.


Müəllif:

Oxşar xəbərlər