1 İyun 2015 12:34
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 2 iyun 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər