23 May 2014 15:03
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərini qəbul edib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-ya xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər DSX-nın aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlə­rinə konkret tapşırıqlar verilib.

DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ması­nın təşkili üçün nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif: