1 İyun 2015 14:02
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirin birinci müavini İltimas Məmmədov məlumat verib. Belə bir qərarın qəbul edilməsində məqsəd 1-ci Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir.

Qeyd edək ki, "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti hazırda "Elektron Hökumət" portalı üzərindən fəaliyyətdə olan aktual xidmətlərdəndir. Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların sözügedən xidmət vasitəsilə asanlıqla qeydiyyatdan keçirilməsi mümkündür.
Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222998 dəfə istifadə olunub.

Nəzərinizə çatdırırıq ki, "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların İMEİ kodunun yoxlanılması" xidməti də xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər