2 İyun 2015 14:18
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağyandırıcı təsiri elmi təcrübələrdə sübut olunmuş qidalar birlikdə istifadə edildikdə daha yaxşı effekti olur. Onlardan hazırlanan çay əsas qarın olmaqla, bədəndə olan artıq yağları yandırır.

Publika.az-ın sağlamlıq bölməsi qarın yağlarını əridən limon və qreypfrut çayının reseptini təqdim edir:

Ərzaqlar:

2 ədəd orta boy limon

2 ədəd orta boy qreypfrut

2 yemək qaşığı əsl bal

4 damcı nanə yağı

4 stəkan su

Hazırlanması: Limon və qreypfrutun qabığını soymadan dörd hissəyə bölüb qazana tökün və üzərinə dörd stəkan su əlavə edib, on dəqiqə qaynadın. Qazanı ocaqdan götürüb süzün və içərisinə bal ilə nanə yağını əlavə edib qarışdırın. Gündə üç dəfə tox qarına bir stəkan için.

Qeyd: Evdə nanə yağı yoxdursa, bir xörək qaşığı quru nanə əlavə edib qaynada bilərsiniz. Qarın əridən limon və qreypfrut çayını hər gün təzə hazırlamalısınız.


Müəllif:

Oxşar xəbərlər