Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbi (International School of Economics) yaradılıb.
Teleqraf.com-a universitetin Marketinq və Kommunikasıya Departamentindən verilən xəbərə görə, məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılacaq və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunacaq.
Dərsləri ADİU-nun və dünyanın aparıcı universitetlərinin müəllimləri keçəcək. Tələbələr ADİU-nun beynəlxalq tədris, o cümlədən tələbə mübadilə proqramlarında iştirak edəcəklər.
ADİU-nun Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq.
SEVİL