3 İyun 2015 18:22
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Şamaxı Astrofizika Rəsədxanası, Qafqaz Universiteti, TUSİ -BOHM Planetarium və AzərKosmosun təşkilatçılığı ilə 29 may -1 iyun tarixləri arasında Pirqulu qəsəbəsi - Şamaxı Astrofizika Rəsədxanasında Tələbələrarası I Astronomiya Yay Məktəbi (TAYM-1) fəaliyyətə başlayıb.

Teleqraf.com-un xəbərinə görə, ölkədaxili 8 Universitetdən seçilən 40 tələbə üçün Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamları tərəfindən təqdim ediləcək 6 təlim keçirilmişdir. Bununla yanaşı proqrama bu müddət ərzində teleskoplar vasitəsilə müşahidələr, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiyalar təşkil olunmuşdur.

Şamaxı Rəsədxanasının Direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Əyyub Quliyevin məlumatına görə belə bir yay məktəbi tələbələrin fundamental elmlərə qarşı marağının artmasına, habelə Astronomiya elminin təbliğinə ciddi təkan verəcəkdir. “İnanırıam ki, gözəl bir ən-ənənin təməli qoylur və gələn il keçiriləcək növbəti yay məktəbinin regional deyil artıq beynəlxalq xarakter daşıyacağını və bir neçə ölkədən təlimçilərlə yanaşı həm də tələblərin dəvət ediləcəyini planlayırıq. Buraya gələn tələbələr çox istəklidir və elmə olan maraqları bizi sevindirir. Hesab edirəm ki, tələbələr arasında fundamental elmlərin təşviqi və onların bu səhələrə cəlb edilməsi Azərbaycan elmi üçün olduqca vacibdir. Bu kimi proqramlar məhz bu hədəfə xidmət edir.”

Yay məktəbinin təşəbbüskarı Qafqaz Universiteti, Mexanika Mühəndisliyi fakültəsinin 2- ci kurs tələbəsi və eləcə də həmin universitetdə yeni açılmış Astroklubun rəhbəri Fərid İbrahimov təəssüratını belə bölüşür: "İlk öncə Milli Elmlər Akademiyasının eləcə də Rəsədxana, Qafqaz Universiteti, Tusi-Bohm Planetarium və Azərkosmos müəssisələrinin rəhbərliyinə çox təşəkkürümüzü bildiririk. Doğrusu layihənin bu ölçüdə dəstəklənməsi biz tələbələri ciddi şəkildə motivasiya etdi. Bu əslində son illər Azərbaycanda tələbə-gənclərə dövlətimiz tərəfindən göstərilən qayğı və dəstəyin əməli sübutudur. Bizə göstərilən bu etimadı doğrultmaq biz tələbərlərin borcudur. Belə bir layihənin baş tutmasında zəhmət çəkən hər kəsə minnətdarıq".

Qeyd edək ki, Tələbələr bu günlər ərzində Rəsədxana ərazisində yerlərşən modern üslubda hazırlanmış olan qonaq evlərində məskunlaşmışlar.


Müəllif: