23 May 2014 17:10
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda baş verən sürüşmə hadisəsini tədqiq etmək üçün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər.

Teleqraf.com-un məlumatına görə, RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlayıblar.
Qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının tədqiqat aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi müraciət edib.

Gürcüstanda Şimalı Osetiya ilə sərhəddə Dəryal dərəsində sürüşmə hadisəsi baş verib və 3 Türkiyə vətəndaşı olan fəhlə təbii fəlakət zamanı ölüblər.

NİGAR


Müəllif: