4 İyun 2015 02:30
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün tədbirlər planı təsdiq edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, bu il Mingəçevir İnkubator və Texnologiya Transferi Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. İnkubasiya mərkəzinə bölgələrdə fəaliyyət göstərən “starup” və fərdi innovasiya layihələri cəlb ediləcək. Cari ildə “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın rəsmi internet saytının yaradılması da planlaşdırılır. Həmçinin “bir pəncərə” prinsipi əsasında texnoparkın rezidentlərinin uçot-qeydiyyat sistemi hazırlanacaq, rezidentlər haqqında məlumat bazası formalaşdırılacaq. Bu il texnoparkın rezidentləri və digər şəxslər üçün elektron xidmətlər də istifadəyə veriləcək. “Mingəçevir Yüksək Texnologiyalar Parkı”nın tanıdılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə təbliğat işi genişləndiriləcək. Bu istiqamətdə tədbirlər keçiriləcək, internet resurslarında mütəmadi olaraq məlumatlar yerləşdiriləcək və çap məhsulları hazırlanacaq. Yüksək və müasir texnologiyaların öyrənilməsi və tətbiqi məqsədi ilə beynəlxalq təşkilatlar, xarici texnoparklar, elmi-tədqiqat və texnologiya mərkəzləri, elmi müəssisələr və universitetlərlə əlaqələr qurulacaq.

Mingəçevir Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində yaradılıb.


Müəllif:

Oxşar xəbərlər