5 İyun 2015 09:51
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində bu təhsil müəssisəsinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə “Birlik” mövzusunda rəsm sərgisi açılacaq.


ADRA-dan verilən məlumata görə, sərginin keçirilməsinin əsas məqsədi mayın 25-dən 30-dək muzey-sərgi kompleksində “Saf rənglər” üçüncü beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərilən köməyə görə təşəkkür etməkdir.

“Birlik” sərgisində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirinin həyat yoldaşı Heba Xurşid, dünya şöhrətli rəssam Margaritta Morales, Gülhan Baydemir, Xulia Rıhtım və digər qonaqların əsərləri nümayiş etdiriləcək. Sərgidə azərbaycanlı rəssamlar Esmiralda Tağızadə, Cəlal Ağayev, Vüqar Abdullayev, Pərvin Əfəndi, Azər Səfərov, Ülviyyə Paşayeva və digərlərinin əsərləri də təqdim olunacaq.

Beynəlxalq sərgi bir həftə davam edəcək.


Müəllif:

Oxşar xəbərlər