23 May 2014 18:23
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirir.

Teleqraf.com-un məlumatına görə, yaşayış binasının cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Mənzillərin 66-sı birotaqlı, 44-ü ikiotaqlı, 22-i üçotaqlıdır. Burada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.

Gözdən əlillərin əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından istifadə olunur.

Naibə


Müəllif: