Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinifə qəbulla əlaqədar sənəd qəbulunun müddətini uzadıb.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.
İyunun 15-dən etibarən I sinifə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.