6 İyun 2015 01:40
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi bəzi KİV-lərdə Sumqayıtda "Karvan" ticarət mərkəzinin yanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur: "Bəzi kütləvi informasiya vasitələrində 5 iyun 2015-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyi bildirir ki, bu məlumat həqiqəti əks etdirmir və göstərilən tarixdə Sumqayıt şəhərində heç bir ticarət mərkəzində yanğın hadisəsi qeydə alınmayıb".


Müəllif:

Oxşar xəbərlər