7 İyun 2015 13:28
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “L’Huffington post” onlayn qəzetində “İlk Avropa Oyunlarının məkanı, gümüş şəhəri - Bakını kəşf etmək” sərlövhəli məqalə dərc olunub. Yazıda Bakının möhtəşəmliyindən və getdikcə müasir şəhərə çevrilməsindən bəhs olunur.

Müəllif qeyd edir ki, Cənubi Qafqazın kosmopolit mərkəzi hesab olunan Bakı gözoxşayan göydələnləri, parlaq, təmiz küçələri və tarixi abidələri ilə tanınır. Bu şəhər iyunun 12-dən 28-dək ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Belə ki, idman həvəskarları və yeni turizm məkanlarını kəşf etmək istəyənlər üçün Bakı ideal seçimdir.

Yazıda vurğulanır ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər tarixin seyrinə dalmaq istəyənlər üçün əvəzolunmaz məkandır. “Alov qüllələri” kompleksinın şəhərə parlaqlıq qatan işıqları Bakı gecələrini daha da cazibədar edir.


Müəllif: